İQNA (Beynəlxalq
Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, "Human Rights
Watch" Myanma hökumətinin zülmündən Banqladeşə sığınan 410 mindən çox müsəlman
qaçqının olduğunu vurğulayaraq bildirib ki, Myanma təhlükəsizlik qüvvələri
zorakılıqlara qarşı beynəlxalq qınaqlara önəm vermir. "Artıq daha sərt və ağır
addımların atılmasının vaxtı gəlib çatıb. Elə addımlar ki, myanmalı
generallarını zülmdən çəkindirsin”.
"Human Rights Watch"-ın bəyanatında bildirilir ki, BMT Təhlükəsizlik Şurası və aidiyyatı ölkələr Myanma ordusuna qarşı məqsədyönlü və silah satışını qadağan edən sanksiyalar tətbiq etməlidir. Bununla bəlkə onlar kütləvi qırğınlardan əl çəkərlər.
"Human Rights Watch" həmçinin adiyyyatı ölkələrdən istəyib ki, müsəlmanlara qarşı zülm edən və insan haqlarını tapdalayan Myanma ordu rəsmilərinə qarşı maliyyə və ölkədən çıxış qadağaları tətbi olunsun. "Silah satışına qoyulmuş sanksiya daha da genişlənməlidir, Myanma hökuməti ilə hər növ silahın satışı, yardımlar və hərbi əməkdaşlıqlar dayandırılmalıdır. Myanma hərbiçilərinə məxsus şirkətlərlə iqtisadi əməkdaşlıqlarda qadağan olunmalıdır”.